esl vancouver canada

English  日本語  한글  Español  Italiano  Turkish  Azerbaijani 

esl vancouver canada

about vancouver
esl vancouver canada

School İnfo - Haqqımızda

About Vancouver - Vancouver haqqında

Vankuver – Kanadanın cənub qərbində “Rocky Mountain” dağlarının ətəyi, Sakit okeanı sahilində  tamamən yaşıl meşələrlə örtülü, göl və çaylarla zəngin bir şəhərdir.  Əhali və ərazisinə görə Kanadanın 3-cü ən böyük şəhəri olan Vankuver bir çox haqlı səbəblərə görə dünya turzminin və tələbələrin üstünlük verdiyi ünvandır. Təmiz dağ havası, okean sahili çimərlikləri, aktiv küçələri, 360 dərəcə gözəl təbii mənzərələri ilə bu şəhər əbədi olaraq qonaqlarının yaddaşına həkk olunur.

Ən müxtəlif millətlərin nümayəndələrinə həm daimi həm də müvəqqəti ev sahibliyi edən bu şəhərdə özünüzü yad hiss etməyəcəksiniz.  Kanada təhsilinin səviyyəsi barədə yeni bir şey demək artıq olardı. Kollec və Universitetlərindən başqa, ingilis dili öyrənməyi qarşısına məqsəd qoymuş tələbələrin dil kursları üçün də başqa ünvan axtarmaları həqiqətən vaxt itkisidir. Xarici tələbələrlə iş sahəsində uzun illərin təcrübəsi, təmiz Kanada ingiliscəsi Kanada dil kurslarına tələbatı artıraraq onları ingilis dili tədrisi sənayesində dünya liderlərindən birinə çevirib.

 Bu əvəzolunmaz  şəraitdə, əziz tələbələr,  sizə yalniz şəhərin gözəlliklərindən zovq alaraq ingilis dilinə yiyələnmək düşür ki, bu işdə də sizə ən yaxın və əvəzolunmaz köməkliyi Vancouver İnternational College öz üzərinə götürür.

 

VİC İNFO - VİC haqqında

Ünvan:  2-ci mərtəbə, Howe küçəsi  549, Vankuver, BC, Kanada

Telefon:  +1 604 893-84-23

Fax:  +1-604-893-8428

İnternet səhifəsi:  www.vicenglish.com

Kollecin yaranma tarixi:  2000-ci il

Azərbaycan, türk və rus dilli tələbələr üçün elektron  əlaqə: marketing@vicenglish.com

Tələbələr üçün yaş həddi:   16 və yuxarı

Tələbə sayı:   250-280 nəfər

Sinif otaqlarının sayı:  24

Qeydiyyat tarixləri:   Hər bazar ertəsi

Yeni tələbələr üçün İngilis dili səviyyə testi:     Hər bazar ertəsi və Cümə axşamları saat 9:00

Dil səviyyəsinə görə:   8 pillə mövcuddur.

 

Ümumi programlar

·         Ümumi ingilis dili

·         Listening clinic (nəzarət altında dialoqlar – dinləmə məşğələləri)

·         Speaking  clinic (nəzarət altında dialoqlar - danışıq məşğələləri)

·         Kanada tələffüzü

·         Yazı üslubu

·         Ünsiyyət üslubu

·         İntensiv danışıq və qulaq asma

 

Xüsusiləşdirilmiş programlar

·         Ali məktəblərə hazırlıq

·         TOEFL

·         TOEİC

·         Akademik  ünsiyyət

·         İşgüzar ünsiyyət

·         TESOL

·         İmtahansız kollecə transfer programı

 

Vankuver Beynəlxalq Kollecin xüsusi üstünlükləri

·         Bir sinifdə ən çox 12 tələbənin olacağına zəmanət verilir.

·         Tələbə heyətinin çoxmillətliliyi

·         Yüksək keyfiyyətli dil kursları

·         Nüfuzlu Kanada universitetləri ilə akademik əlaqələr

·         TOEFL və TOEİC üzrə imtahan hazırlıqları

·         Kollec və Universitetə hazırlıq programları

·         Tələbələr üçün komputer(internet) otağı

·         Ünsiyyət uzrə profesional mütəxəssislər

·         İntensiv akademik tədris

·         Ciddi nəzarətlə yalnız ingilis dilli mühit

·         Tələbələr üçün aylıq ekskursiya və əyləncələr

Ekskursiya və əyləncələr: Rocky Mountain turları, dağ çaylarında qayıqla səyahət, xizəksürmə və snoubord, müxtəlif idman məşğuliyyətləri, pikniklər, barbikü yığıncaqları,  gecə klubları, üzgüçülük, Whistler və Viktoriyaya səyahətlər, avarçəkmə  idman növü və s.  bir çox aktiv istirahət növləri. Bir sözlə, başqa dünyanın heç bir nöqtəsində bir arada tapa bilməyəcəyiniz çox müxtəlif əyləncələr.

 

Təqdim olunan program detalları və cədvəllər

Səhər saatları

Ümumi  İngilis dili (ESL)      (9:00 - 12:00)

·         Əsas səviyyədə ingilis dilinin yazılış, danışıq, dinləmə, qrammatika, tələffüz və söz ehtiyatının  inkişafı

·         Yuxaridakı sahələr üzrə həftəlik təşkil olunan imtahanlar

İntensiv danışıq və ingiliscə eşitmə qabiliyyəti  (9:00 - 12:00)

·         Dinləmə, danışıq və tələffüz vərdişləri  istiqamətində intensiv çalışmalar

·         Multi-media, səs lentləri və xüsusi yazılı materilalar üzrə çalışmaıar

·         Həftəlik olaraq, mənimsənilmiş bacarıq və vərdişlərin qiymətləndirilməsi

 

Günün ikinci yarisina olan cədvəl

Seçmə Proqramlar  (13:00 – 14:10)

·         Funksional, praktik  danışıq və ümumi komunikativ vərdişlərin təkmilləşdirilməsi istiqamətində çalışmalar

·         Orijinal danışıq, qrammatik qaydalara riayətin, tələffüzün səlistliyi və söz ehtiyatı istiqamətində çalışmalar

·         Buraxılan səhvlər üzərində iş və həftəlik qiymətləndirmə

 

Ünsiyyət Vərdişləri  (14:20 – 15:30)

·         Danışıq və ünsiyyət bacarıqları üzərində gərgin iş

·         Jarqon və spesifik ifadələr o cümlədən orijinal danışıq dili, hislərin ifadəsi, müzakirələr, debatlar

·         Coxsaylı praktik məşğələlər və səhvlərin aradan qaldırılması ilə danışıq dilinin mükəmməlləşdirilməsi

 

 

 

 

Real Kanada ingiliscəsi (tələffüz) (13:00 – 14:10, 14:20 – 15:30)

·         Danışıq əsnasında yaranan spesifik ingilis səs və sözlərinin tanınması

·         İntonasiya və vurğuların öyrənilməsi istiqamətində çalışmalar

·         Nitqin axıcılığını təmin edən məqamların öyrənilməsi

 

Xüsusi Tədris Proqramları

 

Universitet və kollecə hazırlıq kursları  (9:00 - 12:00)

·         Oxuma, yazma, dinləmə, danışıq qabiliyyətlərinin post-akademik səviyyəyədək inkişaf etdirilməsi

·         Sürətli oxuma və qavrama qabiliyyatləri istiqamətində çalışmalar və Kanada ali məktəbləri tədris proqramlarından materialların qiraəti

·         Yazı işi, o cümlədən qisa inşaların yazılması və TOEFL yazı tapşırıqlarına hazırlıq

iBT TOEFL imtahanına hazırlıq proqramı  (13:00 - 15:30)

·         Akademik səviyyədə dinləmə, qrammatika və danışıq bacarıqlarının inkişafı

·         Kurs dinləmə, anlama, yazılı ifadə - o cümlədən qrammatik çalışmalar istiqamətlərinə bölünür

·         TOEFL lüğəti üzrə oxuma və anlama

·         Hər iki həftədən bir sınaq imtahanı (CBT) təşkil olunur

Akademik Ünsiyyət  (9:00 - 12:00)

·         iBT TOEFL imtahanına hazırlıq kursu

·         Danışıq Dinləmə qabiliyyətlərinin intensiv praktiki məşğələləri qiymətləndirilməsi

·         Danışıq - Müxtəlif akademik səviyyəli vəziyyətlərdə fikrin ifadə olunması müzakirə imkanlarının inkişafı

·         Dinləmə - Akademik mühazirələrin rahat şəkildə qavranılması qeydlərin  tutulması istiqamətində çalışmalar

TOEIC  imtahanına hazırlıq proqramı  (13:00 - 15:30)

·         İmtahana hazırlıq kursu tələbələrə söz ehtiyatını , danışıq və dinləmə qabiliyyətlərini inkişaf etdirir.

·         İmtahanı vermə texnikasının mahiyyəti

·         Hər iki həftədən bir sınaq imtahanı təşkil olunur

 

 

VIC kollecin əməkdaşlıq programı

Ümumi İngilis dili kursumuzun son mərhələsini  və ya kollecə hazırlıq proqramını müvəffəqiyyətlə bitirdikdən sonra bizim məzun olmuş tələbələrimiz adətən xarici tələbələrin kolleclərə qəbul üçün verdikləri ingilis dili səviyyəsi imtahanından  azad olunur.

Və arzu edənlər aşağıda göstərilən əməkdaşlıq etdiyimiz kolleclərdə giriş ingilis dili imtahanından azad olmaq şərtilə öz təhsillərini müxtəlif ixtisaslar üzrə davam etdirə bilərlər.

Ashton College

CANADIAN TOURISM COLLEGE

COLLEGE OF THE ROCKIES (COTR)

 

Dəyərli istedadlı Azərbaycanlılar,

Bütün yuxarıda göstərilən proqramlara aid ən kiçik detallarla bağlı müxtəlif suallarınızı marketing@vicenglish.com elektron ünvanına ana dilində yaza bilərsiniz. Bütün suallarınıza ən qisa müddətdə cavab veriləcəyindən əmin olun.

VİC kollecin Kanadada təcrübəsi proqramı

VİC kollecin təcrübəsi proqramı vasitəsilə tələbələr Kanadada əsl mühitində dil biliklərini inkişaf etdirə bilərlər.  Bu həm tələbələrə ən müxtəlif məişət situasiyalarında ünsiyyətlə daha çevik ingilis dili biliklərinə yiyələnmələrinə imkan verəcək bir proqramdır. Bu proqram haqda ətraflı məlumat almaq üçün bizimlə e-mail vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 

Vankuver Beynəlxalq Kollecin bank rekvizitləri:

Bankın adı :               TD Bank              SWIFT BIC : TDOMCATTTOR

Bank Ünvanı :           1055 Dunsmuir Street, Vancouver, BC, Canada, V7X 1P3

Hesabın Sahibi :        Vancouver International College of English Inc.

Hesab nömrəsi :        95120-004-0910-342156